Дождь в Москве

Rusiyada baş verən qasırğada ölənlər var

194
(Yenilənib 01:04 01.07.2017)
Şiddətli külək zamanı yük maşınındakı beton çarxı düşüb və iki nəfərin üstündən keçib

BAKI, 30 iyun — Sputnik. Rusiyanın Moskva vilayətində baş verən qasırğa zamanı 3 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə RİA Novosti məlumat verib.

Bildirilir ki, şiddətli külək zamanı yük maşınındakı beton çarxı düşüb və iki nəfərin üstündən keçib. Onlardan biri hadisə yerində, digəri isə təcili tibbi yardım maşınında ölüb. Daha bir nəfər ildırım çaxması nəticəsində həyatını itirib.

194