Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur rəssamı qəbirdən çıxaracaqlar

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidВыставка "Сальвадор Дали. Сюрреалист и классик" в Санкт-Петербурге
Выставка Сальвадор Дали. Сюрреалист и классик в Санкт-Петербурге - Sputnik Azərbaycan
Abunə olmaq
Rəssamın məzarı DNK testi aparılması üçün açılacaq

BAKI, 27 iyun — Sputnik. Məhkəmə Salvador Dalinin məzarının açılmasına qərar verib. Sputnik Azərbaycan türk mətbuatına istinadla xəbər verir ki, Madriddə məhkəmə hakim Mariya Del Mar Krespo 1904-1989–cu illərdə yaşamış məşhur sürrealist rəssam Salvador Dalinin qızı olduğunu iddia edən Mariya Pilar Abel Martinezin apardığı hüquqi mübarizə nəticəsində  rəssamın məzarının açılmasına qərar verib. Rəssamın məzarı DNK testi aparılması üçün açılacaq. 

Dalinin Barselonanın şimalında Fiqueras qəsəbəsindəki Dali Teatr Muzeyindəki məzarı açılaraq sümük və ya diş kimi qalıqlar Toksikologiya İnstitutunda DNK testi ediləcək. 

Dalinin qızı olduğunu iddia edən Pilar Abel miras haqqı tələbi ilə 2015-ci ilin Aprelində İspaniya Maliyyə və İctimai İdarəçilik Nazirliyi ilə Dali vəqfinə qarşı Madrid 11 saylı məhkəməsinə müraciət etmişdi. Fiquerasda 1956-cı ildə doğulan Abel anası ilə tanınmış rəssamın 1955-ci ildə qısa bir münasibət yaşadığını və anasının ona bir neçə dəfə atasının Dali olduğunu dediyini iddia etmişdi. Abel atasının Dali olduğunu isbat edə bilərsə, rəssamın sərvətinin 25 faizini ala biləcək. Bu da 300 milyon avroya bərabərdir.

Xəbər lenti
0