Rəcəb Tayyib Ərdoğan

Ərdoğan bayram namazında huşunu itirdi

7266
(Yenilənib 15:47 25.06.2017)
Həkimlərin müdaxiləsindən sonra Ərdoğan özünə gəlib

BAKI, 25 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəkərdən qaynaqlanan təzyiqlə bağlı qısa müddətdə huşunu itirib.

Sputnik Türkiyənin məlumatına görə, bu gün səhər saatlarında bayram namazı ilə bağlı İstanbulda Memar Sinan camesinə gələn Ərdoğan huşunu itirib.

Cameyə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsindən sonra Ərdoğan özünə gəlib. Camidən çıxan Türkiyə prezidenti jurnalistlərə açıqlamasında səhhətin normal olduğunu, şəkərdən qaynaqlanan təzyiqlə bağlı səhhətində qısa müddətdə problem olduğunu bildirib və bunu yorğunluqla əlaqələndirib. 

7266
Teqlər:
Memar Sinan camisi, Bayram namazı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul
Əlaqədar
Ərdoğan Səudiyyə Ərəbistanına elə mesaj göndərdi ki...
Putin və Ərdoğan üçün riskli seçim
Ekspert: “İndi Ərdoğan istənilən partiyanı sərbəst şəkildə tənqid edə bilər”
Ərdoğan Azərbaycanın müdafiəsinə qalxdı