Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Londonda yaşayış binası yanıb

Abunə olmaq
Yanğın nəticəsində bir nəfər xəsarət alıb

BAKI, 24 iyun — Sputnik. Şərqi Londonun Betnal Qrin rayonunda yaşayış evi yanıb.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya paytaxtının yanğından mühafizə idarəsindən məlumat yayıb.

Qeyd olunur ki, yanğın binanın üçüncü mərtəbəsindəki mənzildə baş verib, hadisə yerində ümumilikdə 72 nəfər çalışır.

Bildirilir ki, yanğın nəticəsində bir nəfər xəsarət alıb, hazırda o, xəstəxanaya yerləşdirilib.

İyunun 14-də Londonda "Grenfell Tower" yaşayış evində yanğın baş verib. Son məlumatlara görə, ölən və itkin düşənlərin sayı 79 nəfər təşkil edir.

Xəbər lenti
0