Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakının ən böyük ticarət mərkəzində həyəcan: insanlar təxliyyə olundu

Abunə olmaq
Hazırda yaranmış problem aradan qaldırılıb və insanlar binaya yenidən daxil olublar

BAKI, 20 iyun — Sputnik. Gənclik Mall-da həyəcanlı anlar yaşanıb.

Qısa müddət ərzində ticarət mərkəzi boşaldılıb. Sosial şəbəkədə yayılan görüntülərdə insanların ticarət mərkəzini tərk etməsini göstərən kadrlar yer alıb.

Hadisə ilə bağlı ticarət mərkəzindən goldnews.az-a bildirilib ki, hadisə ticarət mərkəzindəki texniki nasazlıqla bağlı olub. Bu səbəbdən insanlar təxliyyə edilib. Problem isə işıqların sönməsində imiş. Hazırda yaranmış problem aradan qaldırılıb və insanlar binaya yenidən daxil olublar.

Xəbər lenti
0