Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Onların barəsində məcburi göstəriş verildi

© Sputnik / Rahim ZakiroğluƏraziyə atılan zibillər sahildə bir yerə toplandı və daha sonra tullantı daşıyan maşınlar vasitəsi ilə ərazidən aparıldı
Əraziyə atılan zibillər sahildə bir yerə toplandı və daha sonra tullantı daşıyan maşınlar vasitəsi ilə ərazidən aparıldı - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 20, icra qurumlarına 23, məhkəmələrə isə 5 iş göndərilib

BAKI, 20 iyun — Sputnik. İyunun 1-15 aralığında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Ətraf mühitin çirkləndirilməsi - Sputnik Azərbaycan
HADİSƏ
Ətraf mühitə ziyan vuranların işi məhkəməyə göndərilib

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 145 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 42 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 31 iş üzrə 36700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 5500,18manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 165 iş üzrə 37730,28 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 20, icra qurumlarına 23, məhkəmələrə isə 5 iş göndərilib.

Xəbər lenti
0