Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Polis əməkdaşı ağır xəsarət aldı

© Sputnik / Ilham MustafayevQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Xaçmaz rayonunun Susayqışlaq kəndi ərazisində baş verib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 iyun — Sputnik. Bakı-Yalama yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisə Xaçmaz rayonunun Susayqışlaq kəndi ərazisində baş verib. Markası bilinməyən avtomobilin dərəyə yuvarlanması nəticəsində 5 nəfər ağır xəsarət alıb. Yaralılardan birinin Xaçmaz rayonu polis şöbəsinin əməkdaşı olduğu bildirilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə Xudat və Xaçmaz xəstəxanalarına çatdırılıblar. Hazırda xəstələrin vəziyyəti ağır qiymətləndirilir.

Xəbər lenti
0