Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir elektrik ağacdan yıxılıb

CC0 / htraue / ElectricianElektrik, arxiv şəkli
Elektrik, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qax Elektrik Şəbəkəsinin əməkdaşı ağacdan yıxılaraq ağır xəsarət alıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 15 iyun — Sputnik. Qax Elektrik Şəbəkəsinin əməkdaşı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Amma onun aldığı xəsarətin öz peşəsi ilə heç bir əlaqəsi yoxdur.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Qax şəhər sakini Soltanəliyev Abid Musa oğlu yaşadığı evin həyətində gilas ağacından yıxılıb. O, mürəbbə bişirmək üçün ağacdan gilas yığırmış.

Ağacdan yıxılan Soltanəliyev müxtəlif dərəcəli bədən xəsarətləri aldığından Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanadan müxbirimizə bildiriblər ki, onun qolu sınıb, baş nahiyəsinə tikiş qoyulub, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Xəbər lenti
0