Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda partlayış baş verib, 2 nəfər ölüb

© Photo : DHAAnkaranın Yenimahalle rayonunda yerləşən İvedik Sənaye Bölgəsində partlayış baş verib
Ankaranın Yenimahalle rayonunda yerləşən İvedik Sənaye Bölgəsində partlayış baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Ankaranın Yenimahalle rayonunda yerləşən avtomobil ehtiyat hissələri ilə motor yağı satılan məkanda partlayış baş verib

BAKI, 14 iyun — Sputnik. Ankaranın Yenimahalle rayonunda yerləşən İvedik Sənaye Bölgəsində avtomobil ehtiyat hissələri ilə motor yağı satılan bir iş yerində partlayış baş verib.

Sputnik Azərbaycan "haberturk"a istinadla xəbər verir ki, partlayış zamanı 2 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

Partlayışın məişət qazı balonunun partlaması nəticəsində baş verdiyi ehtimal edilir.

Bölgəyə təcili yardım və xilasetmə qrupları cəlb edilib, yanğın nəzarət altına alınıb.

Xəbər lenti
0