Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Quba yolunda ağır qəza baş verdi

CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində sürücü və maşında olan digər üç nəfər ağır vəziyyətdə Sumqayıt travmatologiya xəstəxanasına çatdırılıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 13 iyun — Sputnik. Bakı – Quba yolunun Xızı rayonunun Məşəhədihəsənli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Quba rayonunun Amsar kənd sakini Babayev Cahid Cavid oğlu idarə etdiyi VAZ 2110 markalı avtomobillə Bakı — Quba istiqamətində hərəkəti zamanı arxadan KAMAZ markalı yük maşınına çırpılaraq, yolun sol hissəsindəki təhlükəsizlik səddinə girib.

Hadisə nəticəsində sürücü və maşında olan digər üç nəfər ağır vəziyyətdə Sumqayıt travmatologiya xəstəxanasına çatdırılıb. İlkin müdaxilədən sonra yaralılardan biri ambulator müayinəyə göndərilsə də, digər üç sərnişinin vəziyyəti ağır olaraq qalır.

Baş verən qəzanın səbəbi BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

Xəbər lenti
0