Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qonşu rayonda narkotik satmaq istərkən saxlanıldı

© Sputnik / Yakov Andreyev / Mediabanka keçidУничтожение крупной партии наркотиков, фото из архива
Уничтожение крупной партии наркотиков, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Anatoli Makarov Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 iyun — Sputnik. Lənkəran sakini Lerikdə küllü miqdarda narkotiklə saxlanılıb.

Sputnik Azərbaycan-ın bölgə üzrə müxbirinin əldə etdiyi məlumata əsasən Lənkəran rayon sakini Anatoli Makarov Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, daxil olan məlumat əsasında Lerik rayonu ərazisində ümumi çəkisi 1,3 kq narkotik vasitə olan tiryəki satarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb və Lerik polisi saxlanılan şəxsin narkotik vasitəni haradan və necə əldə etdiyini öyrənmək istiqamətində araşdırmalar aparır.

Məlumat üçün bildirək ki, bu, Anatoli Makarovun ikinci məhkumluq həyatı olacaq.

Xəbər lenti
0