Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyə yenə güclü zəlzələ ilə silkələndi

© AFP 2023 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin başda İstanbul olmaqla bir neçə iri şəhərində zəlzələ olub

BAKI, 12 iyun — Sputnik. Egey dənizində Rixter şkalası üzrə 6.3 bal gücündə zəlzələ baş verib. Mərmərə və Egeydə hiss edilən zəlzələ İzmir, İstanbul, Bursa, Çanaqqala, Tekirdağ kimi bir çox bölgədə təşviş doğurub. İlkin məlumatlara görə, zəlzələnin episentri İzmir yaxınlığında olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, Boğaziçi Universitetinin Kandilli rəsədxanası və Zəlzələ Araşdırmaları İnstitutundan verilən məlumata görə, episentri Egey dənizində olan 6.3 ballıq zəlzələ meydana gəlib.

Silkələnmə İzmir, İstanbul, Çanaqqala, Tekirdağ və Bursada da hiss edilib.

Zəlzələnin episentrinin 10 kilometr dərinlikdə olduğu bildirilir. Zəlzələdən zərər çəkənlər barədə hələlik məlumat verilməyib.

Xəbər lenti
0