Keyrəki palçıq vulkanında püskürmə baş verib

Bakının 12 kilometrliyində vulkan püskürdü

801
(Yenilənib 14:03 12.06.2017)
Vulkanın püskürmə prosesi 15 dəqiqə çəkib

BAKI, 12 iyun — Sputnik. 12 iyun 2017-ci il tarixində saat 07 radələrində Keyrəki palçıq vulkanında püskürmə baş verib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Vulkanın püskürməsi ümumən 15 dəqiqəyə yaxın olub. Vulkan püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil edib.

Keyrəki palçıq vulkanı Bakı şəhərindən 12 km şimalda yerləşir. Qeyd edək ki, püskürmə zamanı yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib. Vulkanın yerləşdiyi tektonik çat zonasında bir neçə fəaliyyətdə olan palçıq vulkanı mövcuddur və onların da aktivləşmə ehtimalı artıb.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

Qeyd edək ki, Keyrəki palçıq vulkanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun ərazisinə daxildir. Bu günədək vulkan 18 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2014-cü ildə qeydə alınıb.

801
Teqlər:
püskürmə, Keyrəki palçıq vulkanı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Azərbaycanda daha 4 vulkan püskürə bilər
Azərbaycanda vulkan püskürməsi təhlükəli deyil
Azərbaycanda yeni vulkan püskürməsi təhlükəsi var