Metropark

"Metro Park"a "bomba qoyan" şəxs yaxalandı

185
(Yenilənib 11:49 12.06.2017)
Faktla əlaqədar "Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə" maddəsi ilə cinayət işi başlanılıb

BAKI, 12 iyun — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) "Metro Park" ticarət mərkəzində yalandan "bomba qoyulması" hadisəsi ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 11-i saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.

Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb. Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanılıb.

185
Teqlər:
"Metro Park" ticarət mərkəzi, DİN, Daxili İşlər Nazirliyi, bomba, polis
Əlaqədar
Bakıda ticarət mərkəzinə "bomba qoymuş" şəxsi axtarırlar
Peterburq azərbaycanlılarının rəhbəri: "Əgər ikinci bomba partlasaydı..."
Namaz vaxtı məscid bombalandı
Bomba partladı: türklər onu...