Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağır qəza baş verdi: uşaqlar xəsarət aldılar

© Sputnik / Ilham MustafayevQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda iki maşın toqquşub, 4-ü azyaşlı olmaqla 7 nəfər xəsarət alıb

BAKI, 12 iyun — Sputnik. Bakının Sabunçu rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Kürdəxanı qəsəbəsində “VAZ-2106” markalı avtomobillə “Hyundai” toqquşub və zərbənin gücündən "Jiquli" iki hissəyə ayrılıb.

Nəticədə “VAZ"da olan bir ailənin 4 üzvü — 46 yaşlı Novruzova Ülkər Əlibəy qızı, 1976-ci il təvəllüdlü Novruzov Zaur Nazim oğlu (sürücü), 10 yaşlı Novruzov Rəvan Zaur oğlu, 13 yaşlı Novruzov Nazim Zaur oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Eyni zamanda, “Hyundai” markalı avtomobildə olan başqa bir ailənin üzvləri — 1980-ci il təvəllüdlü Əliyev Alxan Alı oğlu (sürücü), 2007-ci il təvəllüdlü Əliyev Nihat Alxan oğlu, 13 yaşlı Əliyev Murad Alxan oğlu çoxsaylı bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0