İlan. Arxiv şəkli

İlanlar bu bölgənin əhalisinə qənim kəsilib

1074
(Yenilənib 13:52 11.06.2017)
1976-cı il təvəllüdlü Nazilə Cəfərova sağ əlinin ilan sancması xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

BAKI, 11 iyun — Sputnik. Şəmkirdə bir gündə 3 nəfəri ilan sancıb. APA-nın verdiyi məlumata görə, rayonun Sarıtəpə kənd sakini, 1976-cı il təvəllüdlü Nazilə Cəfərova sağ əlinin ilan sancması xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl Şəmkirdə daha iki nəfəri də ilan sancıb.

Rayonun Zəyəm qəsəbə sakini 1948-ci il təvəllüdlü Qaratel Hüseynova sağ əlindən, Bayramlı kənd sakini 1969-cu il təvəllüdlü İsa Xudaverdiyev sağ biləyindən ilan sancma xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Hər üç xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub.

1074
Teqlər:
Şəmkir, Zəyəm qəsəbəsi, Sarıtəpə kəndi, Qaratel Hüseynova, İsa Xudaverdiyev, Nazilə Cəfərova, ilan sancmaları
Əlaqədar
İlanla kənd sakini arasında amansız mübarizə
İlanlar və əqrəblər insanlara qənim kəsilib
Paytaxtın mərkəzində üç metrlik ilan
Azərbaycanda ilanlarla eyni evdə yaşayan ailə

Bakıya yağış yağıb, evləri su basıb

357
İntensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.

BAKI, 26 sentyabr - Sputnik. 26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri sakinlərindən yağışların törətdiyi fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadla bildirir ki, qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb.

Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının canlı qüvvə və texnikası suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

357
Bosfor boğazı, arxiv şəkli

Bosforda toqquşan Rusiya Türkiyə gəmiləri limanda lövbərə qoyulub

1244
(Yenilənib 12:59 25.09.2021)
Rusiya KİV-ləri Türkiyə hakim dairələrinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar olmayıb.

BAKI, 25 sentyabr - Sputnik. Bosfor boğazında Rusiya və Türkiyəyə məxsus yük gəmiləri toqquşub.

Bu barədə RİA Novosti Türkiyə hakim dairələrinə istinadən xəbər verir.

"Hadisə yerinə üç xilasedici kater və 14 yedəkçi gəmi göndərilib. "Rusiç 10" və "Tahsin İmamoğlu" gəmiləri limanda lövbərə qoyulub", - deyə Türkiyənin Sahil Mühafizəsi Xidmətindən bildirilib.

Məlumatda deyilir ki, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alanlar olmayıb.

 

1244
Teqlər:
Rusiya, Türkiyə, gəmirmə, Bosfor boğazı

Bakıda şəhidlərinin xatirəsinə səmaya işıq fənərləri buraxılıb

0
"Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Bu gün vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib. Aksiyada "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Qeyd edək ki, sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur. 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilib. Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir.

Eyni zamanda Bakının bəzi küçə və prospektlərində eyvanlardan bayraqlar asılıb. Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər sakinləri, hərbçilər və rəsmilər İkinci Fəxri Xiyabanda uyuyan şəhidlərimizin məzarlarına baş çəkərək şəhidlərin xatirələrini yad ediblər.

Paytaxtda Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş keçirilib. Yürüş iştirakçıları əllərində Vətən müharibəsində qəhrəmancasına şəhid olanların şəkilləri əks olunan plakatlar daşıyıblar.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.