Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Natiq Əliyevin nə vaxt və hansı şəraitdə vəfat etdiyi açıqlandı

© AZƏRTACМинистр энергетики Азербайджана Натиг Алиев
Министр энергетики Азербайджана Натиг Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhum energetika naziri ilə vida mərasimi sabah "Şəhriyar" adına mədəniyyət klubunda keçiriləcək

BAKI, 9 iyun — Sputnik. İstanbulun "Florence Nightingale" klinikasından Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı barədə rəsmi açıqlama verilib. Klinikadan APA-nın Türkiyə bürosuna verilən açıqlamada bildirilir ki, N. Əliyev iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra edilən ilkin müdaxilə ilə həyata qaytarılıb, onun ürəyinin koronar damarlarına stend qoyulub.

Министр энергетики Азербайджана Натиг Алиев - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda nazir dünyasını dəyişdi

Natiq Əliyevin müayinə və müalicəsi üçün Bakıya Türkiyədən heyət göndərilib. Həmin heyətin dəstəyi ilə Natiq Əliyev süni tənəffüs cihazına qoşularaq, iyunun 5-də xüsusi ambulans təyyarə ilə "Florence Nightingale" klinikasına aparılıb.

"Ciddi tibbi müdaxilə ilə qan dövranın normallaşdırılması mümkün olmayan xəstəyə, ürək nasosu qoşularaq ürək çatışmazlığına qarşı müalicə başlayıb. Lakin iyunun 8-də günorta saatlarında Natiq Əliyev anidən beyin insultu keçirib və dünyasını dəyişib" — deyə açıqlamada bildirilir.

Mərhum nazirin nəşi bu gün Bakıya gətiriləcək. Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın "APA-Economics"ə verdiyi məlumata görə, sabah 12:00-da "Şəhriyar Mədəniyyət Evi"ndə onunla vida mərasimi keçiriləcək.

Natiq Əliyev II Fəxri Xiyabanda torpağa tapşırılacaq. "Mərhum energetika naziri Natiq Əliyevlə vida mərasimi sabah saat 12.00-da "Şəhriyar" adına mədəniyyət klubunda keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq" — deyə o, qeyd edib.

Xəbər lenti
0