Qəbələ rayonunda güclü leysanın nəticələri

Ölkənin şimal-qərbində qasırğa qopdu, damları uçurdu, yollar bağlandı

6160
Təbii fəlakət nəticəsində bəzi kəndlərə elektrik verilişi də dayanıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 9 iyun — Sputnik. Dünən güclü küləklə müşayiət olunan dolu və leysan Qəbələ rayonunda təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dünən axşam saatlarında Qəbələ rayonunun Mıxlıqovaq, Xırxatala, Tikanlı, Bum, Həmzəli, Qəmərvan kəndlərinə dolu və güclü yağış yağıb, qasırğa qopub.

  • Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar
    Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar
    © Sputnik / Ilham Ahmadov

1 / 9
© Sputnik / Ilham Ahmadov
Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar

Təxminən 20 dəqiqə yağan dolu və tüğyan edən qasırğa, meyvə-tərəvəz bağlarına və əkin sahələrin, eləcədə evlərin damlarına və şəxsi təsərrüfatlara ciddi ziyan vurub. Külək ağacların budaqlarını sındıraraq elektrik naqillərinin üstünə və avtomobil yollarına aşırıb.

Təbii fəlakət nəticəsində bəzi kəndlərə elektrik verilişi dayanıb. Nəticədə çaylarda suyun səviyyəsi artıb, bəzi həyətyanı sahələri, yolları su və lil basıb. Bundan əlavə, kəndlilərin otlaq və taxıl sahələrinə, meyvə bağlarına ziyan dəyib.

Hazırda aidiyyəti qurumların nümayəndələri vəziyyəti araşdırıb, dəymiş ziyanı hesablayırlar.

6160
Teqlər:
meyvə bağları, güclü külək, Qəbələ rayonu, ziyan, dolu, təbii fəlakət, leysan
Əlaqədar
Təbiət inadından dönmür
Moskvada təbii fəlakət qurbanlarının sayı artır
Təbii fəlakət 146 nəfərin həyatına son qoyub
Təbii fəlakət daha bir bölgəmizdə dağıntılar törətdi
Şimal-qərb bölgəsində təbiətlə qarşıdurma yaşanır
Leyla Əliyeva: "İnsan fəaliyyəti təbiətin qanunlarını pozur"
Təbiət daha bir bölgəmizə amansız üzünü göstərdi
Azərbaycanda təbii fəlakət baş verib
Bərdə raket mərmisi yağışı altında: Şəhərin infrastrukturu darmadağın edilir – video

Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs yaralanıb - Baş Prokurorluq

115
(Yenilənib 15:13 28.10.2020)
Kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

BAKI, 28 oktyabr - Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluq yayıb.

Məlumatda həmçinin bildirilir ki, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

115
Əlaqədar
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Həkim Bərdə xəstəxanasındakı yaralıların vəziyyəti barədə məlumat verib – video
Ermənistan Tərtərdən sonra Bərdəni raketlə dağıtmağa cəhd edir - rəsmi
Bərdəyə hücum nəticəsində 14 dinc sakin ölüb, 40-dan çox adam yaralanıb
Baş Prokurorluq

Bərdəyə hücum nəticəsində 14 dinc sakin ölüb, 40-dan çox adam yaralanıb

93
(Yenilənib 14:48 28.10.2020)
Bu gün saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr — Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Sputnik Azərbaycan Baş Prokurorluğa istinadla xəbər verir ki, zərbə nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

93
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0