Su altında qalmış küçə, arxiv şəkli

Cənub bölgəsində bir kənd çay daşqınının altında qaldı

495
(Yenilənib 16:24 08.06.2017)
Çay yolu yuyub apardığından sakinlər öz pay torpaqlarına gedə bilmirlər

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Astara rayonu ərazisində, Pensər çayında su səviyyəsinin artması nəticəsində, eyni adlı kənddə ciddi fəsadlar meydana çıxıb. Belə ki, çayın daşması ətrafda yaşayan sakinlər üçün problemlər yaradıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, ötən il də Astaranın Şiyəkəran kəndində çay torpaq qatının alt hissəsini yuyub dağıdıb. Buna görə də ərazidə yaşayan 45 ailə təhlükə ilə üzləşib. Çayın suyu torpaq qatını yuduğu üçün, bir neçə ev uçmaq təhlükəsi ilə üzləşib. Nəticədə həmin ev sakinlər kəndin başqa ərazisində ev tikərək oraya köçüblər.

Bu dəfə isə daha bir neçə ev qəzalı vəziyyətə düşüb. Çay daşqını Pensər kəndinin ərazisində olan sitrus bağlarına və otlaq ərazilərə də ciddi ziyan vurub. Ayrıca, çay kənd yolunu yuyub apardığından, sakinlər öz pay torpaqlarında saldıqları sitrus bağlarına və zəmilərə gedib gələ bilmirlər.

Astara Rayon İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları əraziyə baxış keçiriblər. Yekun rəy aidiyyatı qurumlara təqdim olunub.

Yekun rəydə bildirilir: "Ərazidə beton səddin tikilməsinə ehtiyac var. Vəsait ayrılarsa, problem aradan qaldırılacaq".

495
Teqlər:
su səviyyəsi, Pensər çayı, Pensər kəndi, Astara rayonu, daşqın, Sputnik Azərbaycan
Əlaqədar
Təbiət inadından dönmür
Moskvada təbii fəlakət qurbanlarının sayı artır
Təbii fəlakət daha bir bölgəmizdə dağıntılar törətdi
Şimal-qərb bölgəsində təbiətlə qarşıdurma yaşanır
Leyla Əliyeva: "İnsan fəaliyyəti təbiətin qanunlarını pozur"
Təbiət daha bir bölgəmizə amansız üzünü göstərdi