Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ərəstun Məmmədov intihar edib

Abunə olmaq
İntiharın səbəbləri hələ ki, məlum deyil

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Masallı rayonunda intihar hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, bu gün, 1962-ci il təvəllüdlü Masallı rayon sakini Ərəstun Məmmədov yaşadığı evin həyətində özünü asıb.

İntiharın səbəbləri hələ ki, məlum deyil. Baş vermiş hadisə ilə bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb və hazırda araşdırmalar davam etdirilir.

Xəbər lenti
0