BAKI, 8 iyun — Sputnik. Ötən gecə Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 131 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 sahədə və dam örtüyü 40 m2 sahədə yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.
Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.
Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.
BAKI, 5 mart - Sputnik. Gəncə şəhərində 11 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar Mövsümov Vasif Hüseyn oğlu (1985-ci il təvəllüdlü), Hüseynov Akif Qabil oğlu, Əliyev Ayxan Elnur oğlu (2014), İsgəndərov Nail Hamlet oğlu (1978) və Zeynalova Fatimə Kamil qızıdır (1987).
Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 6 mart — Sputnik. Suriyanın Türkiyə ilə sərhəddində yerləşən ərazilərinə ballistik raketlər atılıb.
Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, dünən gecə Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Cerablus və Bab bölgələrinə ballistik raket hücumları edilib və nəticədə 3 mülki şəxs ölüb, 28 mülki şəxs isə yaralanıb.
Hücumların baş verdiyi bölgələrdə çoxlu sayda tankerin yanması nəticəsində şiddətli partlayışlar baş verib. Həmin ərazilərdə kustar üsulla işləyən neft emalı qurğuları var imiş.
Ballistik raketlərin kim tərəfindən atıldığı hələ müəyyənləşdirilməyib. Yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları göndərilib. Ölənlərin və yaralananların sayının artması istisna edilmir.
Cerablus və Bab rayonları Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı həyata keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) bölgəsinə daxildir.