İntihar

Məktəbdə intihar şoku

246
(Yenilənib 16:52 07.06.2017)
Cəsəd müayinə edilmək üçün Məhkəmə və Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə göndərilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. Lənkəran rayonu Mamusta kənd sakini, 1966-cı il təvəllüdlü Məhərrəmov Aydın Baycan oğlu çalışdığı Lənkəran şəhəri 6 saylı orta məktəbdə intihar edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, cəsəd müayinə edilmək üçün Məhkəmə və Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə göndərilib.

Hazırda A.Məhərrəmovun intihar etməsinin səbəbləri araşdırılır.

246
Teqlər:
Məhkəmə və Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsi, Mamusta kəndi, Lənkəran rayonu
Əlaqədar
İmtahandan kəsilən yeniyetmə intihar etməsin deyə…
İntihara cəhd edən şəxsin bankla münaqişəsinin detalları məlum oldu
Gözdən əlil kişi intihar etdi
Məktəbli intiharının təfərrüatları üzə çıxdı
İntiharla bağlı rəsmi məlumat yayıldı
Qarlı hava, arxiv şəkli

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

21
(Yenilənib 09:56 20.01.2021)
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

21
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

11
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

11
Aleksey Navalnıy, arxiv şəkli

Navalnı Putinin sarayını axtarır

0
(Yenilənib 18:18 20.01.2021)
"Bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, o kadrları da bütün dünya görüb"

BAKI, 20 yanvar - Sputnik. Bloger və müxalifətçi Aleksey Navalnının Rusiya Prezidenti Vladimir Putinin Gəlincikdə sarayını araşdırması barədə xəbərləri Kremldə “cəfəngiyyat” və “kompilyasiya” kimi dəyərləndiriblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yaxınlarda Navalnının komandası prezidentin Qara dəniz sahilində 100 milyard dollara saray tikdirdiyi barədə material yayıb.

“Bilirsiniz ki, bu mövzu üç-dörd il əvvəl ortaya atılmışdı. İndi də bu konkret halda həmin insinuasiyadan istifadə etməklə boş-boş danışırlar. Özü də heç özlərinə azacıq əziyyət verib nəyisə sübut etməyə, heç olmasa, şəklini göstərməyə də cəhd göstərmirlər”, - Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun fikrincə, bu işdə “yeganə yenilik” “monatj hekayələri”ndən istifadə olunmasıdır.

“Hansısa bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, hansı ki, o kadrları da bütün dünya görüb”, - Kremlin nümayəndəsi bildirib.

Peskov vurğulayıb ki, prezidentin administrasiyasının “bununla maraqlanmaq üçün azacıq da olsa həvəsi yoxdur”.  

“Dövlət başçısına qarşı hazırlanmış və hazırlanmaqda olan informasiya hücumlarından çoxdan xəbərimiz var. Təəssüf ki, onlar olub və olacaq. İndi prezidentə onun olmayan bir şeyi şamil etmək istəyirlər. Prezidentin bütün mülkiyyəti hər il özü tərəfindən bəyan edilir, deklarasyada göstərilir”, - Peskov deyib.

0
Teqlər:
Dmitri Peskov, Kreml, Qara dəniz, saray, Vladimir Putin, Aleksey Navalni