Məcburi köçkün yataqxanasında yanğın

Yataqxanada baş verən yanğının səbəb nəticələri bəlli olub

302
(Yenilənib 16:50 07.06.2017)
Yanğın söndürülsə də, ara-sıra bəzi mərtəbələrdə yenidən alovlanmalar müşahidə olunur

BAKI, 7 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən məcburi köçkün yataqxanasında yanğın olub. Sputnik Azərbaycan xəbər verir ki, yataqxananın yarı hissəsi tam yararsız hala düşüb.

Əldə etdiyimiz son məlumata görə, hadisə qısaqapanma səbəbindən baş verib. Yanğın nəticəsində 1 nəfər yaşlı qadın tüstüdən zəhərləndiyi üçün təcili xəstəxanaya aparılıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası cəlb edilib. Yanğın söndürülsə də, ara-sıra bəzi mərtəbələrdə yenidən alovlanmalar müşahidə olunur. Hazırda fəsadların aradan qaldırılması üçün işlər görülür.

  • Məcburi köçkün yataqxanasında yanğın
    Məcburi köçkün yataqxanasında yanğın
    © Sputnik / Fuad Hasanov
  • Məcburi köçkün yataqxanasında yanğın
    Məcburi köçkün yataqxanasında yanğın
    © Sputnik / Fuad Hasanov
  • Məcburi köçkün yataqxanasında yanğın
    Məcburi köçkün yataqxanasında yanğın
    © Sputnik / Fuad Hasanov
  • Məcburi köçkün yataqxanasında yanğın
    Məcburi köçkün yataqxanasında yanğın
    © Sputnik / Fuad Hasanov
  • Məcburi köçkün yataqxanasında yanğın
    Məcburi köçkün yataqxanasında yanğın
    © Sputnik / Fuad Hasanov
  • Məcburi köçkün yataqxanasında yanğın
    Məcburi köçkün yataqxanasında yanğın
    © Sputnik / Fuad Hasanov
1 / 6
© Sputnik / Fuad Hasanov
Məcburi köçkün yataqxanasında yanğın

302
Teqlər:
Yasamal rayonu, Bakı şəhəri, məcburi köçkün, yataqxana, yanğın
Əlaqədar
Qaradağda yanğın olub
Mal-heyvan tövlədə yandı
Dövlət qoruğunda yanğın baş verib
Paytaxtın mərkəzində yanğın
Yaşayış evi yanaraq kül oldu
Xırdalanda yanğın olub
Yanğın kəndliləri qorxuya saldı
Yerli sakinlər və rəsmilər İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar

Qurban Yetirmişli: Dualarımız Türkiyədəki qardaşlarımızladır

16
Türkiyənin bir çox bölgələri, eləcə də Egey dənizi bölgəsi seysmik baxımdan aktiv zonadır. Vaxtaşırı həmin bölgədə güclü və hiss olunan zəlzələlər baş verir.

BAKI, 30 oktyabr - Sputnik. “Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən afterşoklar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Seysmik Monitorinq Şəbəkəsi tərəfindən qeydə alınıb. Hazırda qardaş ölkədə baş verən zəlzələ ilə bağlı müşahidələrimizi davam etdiririk. Bizim bu sahədə qardaş ölkənin müvafiq qurumları - Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Kandilli Rəsədxanası ilə ikitərəfli əməkdaşlığımız və məlumat mübadiləmiz var. Türkiyənin bir çox bölgələri, eləcə də Egey dənizi bölgəsi seysmik baxımdan aktiv zonadır. Vaxtaşırı həmin bölgədə güclü və hiss olunan zəlzələlər baş verir. Bu gün baş verən zəlzələ də Egey dənizi zonasında olub”.

Sputnik Azərbaycan bildirir ki, bunu RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli söyləyib. O, İzmirdəki zəlzələ zamanı insan təlafatının və yaralıların olmasına görə kədərləndiyini və qardaş Türkiyə xalqının yanında olduqlarını bildirib.

“Türkiyə bizim təkcə qonşu və yaxın əməkdaşlıq etdiyimiz dövlət deyil. Türkiyə bizim qardaş ölkəmizdir. Ulu Öndərimizin dediyi kimi, biz “Tək millət, iki dövlətik”. Son hadisələr zamanı bunu bütün dünya da bir daha gördü. Ona görə də türk qardaşlarımızın kədəri bizim kədərimizdi. Düzdür, zəlzələ təbii fəlakətdir və onun qarşısını almaq mümkün deyil. Biz Türkiyəyə və qardaş türk xalqına əmin-amanlıq arzu edirik. Dualarımız Türkiyədəki qardaşlarımızladır. Allah Türkiyə dövlətini və xalqını qorusun!”

16
Teqlər:
Qurban Yetirmişli, zəlzələ, Aydın, İzmir, Türkiyə
Əlaqədar
Mehriban Əliyeva Türkiyəyə dəstəyini bildirdi: Kədəriniz kədərimizdir
İlham Əliyev Ərdoğana zəng vurdu: Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq
Türkiyədə bir gündə iki zəlzələ: ölən və xəsarət alanların sayı artdı - YENİLƏNİB
Baş Nazir Əli Əsədov Türkiyənin Vitse-prezidentinə kömək təklif etdi
Ceyhun Bayramov İzmirdəki zəlzələ barədə: "Keçmiş olsun, dualarımız sizinlə!"
Yerevanda təcili yardım avtomobili

Ermənistanda tibb mərkəzində partlayış baş verib

42
(Yenilənib 15:56 30.10.2020)
Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib ki, ilkin məlumata görə, oksigeni çatdırma sistemi partlayıb

BAKI, 30 oktyabr — Sputnik. Ermənistanda tibb mərkəzində parlayış baş verib. Sputnik Ermənistan xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Spitak şəhərində baş verib.

Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib ki, ilkin məlumata görə, oksigeni çatdırma sistemi partlayıb: "Hadisənin təfərrüatları dəqiqləşdirilir. Əlavə məlumat veriləcək".

42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD kanalına müsahibə verib

Prezident:"Bu, bizimlə Ermənistan arasında olan döyüşdür, hər kəs ondan uzaqda durmalıdır"

0
Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır.

BAKI, 31 oktyabr — Sputnik. "Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik. Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin "Əgər, bu münaqişəyə üçüncü ölkə cəlb olunsa, Siz Türkiyədən kömək gözləyərsiniz?" sualına cavabında deyib.

"Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır. Türk əsgərlər burada ola bilər, bəli. Ötən il biz 10 birgə hərbi təlim keçirmişik. Lakin bizim başqa ölkələrlə də çoxlu təlimlərimiz olur. Biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının bir hissəsiyik. Burada qəribə heç nə yoxdur. Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz", - deyə İlham Əliyev qeyd edib.

0
Teqlər:
Almaniya, Ermənistan, İlham Əliyev
Əlaqədar
İlham Əliyev: "Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər"