Şimşək, arxiv şəkli

Kartof yığarkən ildırım vurdu

2316
(Yenilənib 12:30 07.06.2017)
Cəlilabad rayon sakini Qurbanov Azər Tahir oğlu sahədə kartof yığarkən ildırım vurmasından dünyasını dəyişib

BAKI, 7 iyun — Sputnik. Cəlilabad sakinini ildırım vuraraq öldürüb.

APA-nın verdiyi məlumata görə, Cəlilabad rayon sakini Qurbanov Azər Tahir oğlu sahədə kartof yığarkən ildırım vurmasından dünyasını dəyişib.

Xəbər verildiyi kimi, qısa müddətli güclü külək və leysan yağışlar Lerik və Cəlilabad rayonlarında bir sıra fəsadlar törədib.

2316