Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İlanla kənd sakini arasında amansız mübarizə

© Sputnik / Leyla AbdullayevaSamir Məmmədov
Samir Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Məmmədov ilanı öldürmək istəsə də, canını qurtara bilməyib. Zəhərli sürünən onun sağ ayağının baldır nahiyəsindən sancıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Qubada 41 yaşlı kişini ilan sancıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə rayonun Cimi kəndində baş verib.

Kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Samir Adil oğlu bağlarında ot çalarkən ilan onun ayağına dolaşıb.

Məmmədov ilanı öldürmək istəsə də, canını qurtara bilməyib. Zəhərli sürünən onun sağ ayağının baldır nahiyəsindən sancıb.

Məmmədov təcili yardımın köməyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ona ilan zəhərinə qarşı zərdab vurulub. Xəstəxanadan əməkdaşımıza bildiriblər ki, Məmmədovun vəziyyəti orta ağırdır.

Xəbər lenti
0