Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sürət qatarı relsdən çıxıb

© AFP 2016/ Patrick HertzogСкоростной поезд во Франции
Скоростной поезд во Франции - Sputnik Azərbaycan
Abunə olmaq
İnsident bazar günü səhər baş verib

BAKI, 4 iyun — Sputnik. Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağının Köln şəhərində şəhərlərarası sürət qatarı relsdən çıxıb.

"Report" xəbər verir ki, bu barədə "Koelnische Rundschau" qəzeti yazıb.

"Deutsche Bahn" dəmiryolu konserninin məlumatına görə, insident bazar günü səhər baş verib. Qatarda yalnız maşinist olub, o, xəsarət almayıb.

Bildirilir ki, qatarın relsdən çıxması nəticəsində yollar bağlanıb. Dəmiryolu əlaqəsi qismən dayandırılıb.

Xəbər lenti
0