Motosikletlə qəza

Tanınmış vəkil yol qəzasında öldü

140
(Yenilənib 23:11 03.06.2017)
Qəza nəticəsində vəkil Toğrul Mirzəzadə dünyasını dəyişib

BAKI, 3 iyun — Sputnik. Xətai rayonu Zığ dairəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, tanınmış vəkil, Milli Televiziya və Radio Şurasının hüquq şöbəsinin əməkdaşı Toğrul Mirzəzadə 10-A-919 dövlət nömrə nişanlı motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib. Motosiklet hərəkətdə olan 90 FL 361 dövlət nömrə nişanlı "Qazel" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində vəkil Toğrul Mirzəzadə dünyasını dəyişib. Hadisə şahidləri APA TV-yə açıqlamasında motosiklet sürücüsünün başında qoruyucu dəbilqə olduğunu deyiblər. Yerdə qalmış motosikletin sürücüsünə kömək etmək istəsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

"Qazel"in sürücüsü baş verən qəzada günahı olmadığını deyib: "Mən sola dönürdüm, məni vurub getdi".

Motosiklet zərbədən qəza baş verən yerdən təxminən 30 metr kənara düşüb. Qəzaya uğrayan şəxsin vəkil Toğrul Mirzəzadə olduğunu APA TV-yə hadisə yerində olan BDYPİ əməkdaşları deyiblər. Onlar bildiriblər ki, qəzada ölən sürücünün sağ qoltuq cibində Vəkillər Kollegiyasının üzvlük vəsiqəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

140
Ümumvətəndaş pasport və pul, arxiv şəkli

Vətəndaşları "istirahətə" göndərəcəyini vəd edən qadın haqqında cinayət işi başlanıldı

6
(Yenilənib 19:05 10.08.2020)
İbtidai istintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın 373 min manatının ödənilməsi təmin edilib.

BAKI, 10 avqust — Sputnik. "Daniz Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Azadə Səfərovanın qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında araşdırma aparılmaqla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aparılmış istintaqla Azadə Səfərovanın öz qulluq mövqeyindən istifadə edərək Türkiyə Respublikasına tətilə göndərmək adı ilə ayrı-ayrı şəxslərin pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsinə, bu qanunsuz hərəkətləri ilə ona etibar olunmuş 1 milyon 525 min manat məbləğində özgə əmlakını təkrarən xeyli miqdarda mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlara əsasən, Azadə Səfərovaya həmin Məcəllənin 179.2 (mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) və 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün 30 iyul 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın 373 min manatının ödənilməsi təmin edilib.

6
Əlaqədar
Masallıda vəzifəli şəxslər həbs olundular
Yüz manat ver, avtomobil gətirim... Alan yox, satan da belə satır
Az idi qəbir yeri satan, biri də çıxdı Yasamaldan
Bankın rəhbərlərindən biri filial müdirinə "atdı", indi də məhkəmə qarşısındadır
Səyahətə gedənlər aeroportda qaldılar - Onların bileti saxta imiş
Məmurlar, arxiv şəkli

Anar Kərimov nazirliyin üç işçisini vəzifədən azad etdi

10
(Yenilənib 17:21 10.08.2020)
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov üç işçini vəzifəsindən azad edib

BAKI, 10 avqust — Sputnik. Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Abduləlimov Ruslan Ələsgər oğlu və Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad ediliblər.

Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Həmçinin A.Kərimovun digər əmri ilə Mədəniyyət nazirinin müşaviri İsmiyev Aydın Cuməli oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

10
Beyrutda partlayış, arxiv şəkli

Çənədəki maska, Beyrut, nüvə silahı millətin imicini "yuyan" dovşan qanı

0
(Yenilənib 19:38 10.08.2020)
Təəssüf ki, bütün dünyanın nüvə silahından imtina edəcəyinə dair ümidlərin gerçəkliyə çevriləcəyi real görünmür...

BAKI, 10 avqust — Sputnik. 7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir

Optimallaşdırma

Ötən həftə dövlət müəssisələrinin ayıbları üzə çıxdı. Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə məlum oldu ki, dövlət şirkətlərinin əksəriyyəti nəinki büdcəyə gəlir gətirmir, ağır yük kimi dövlət onları belində daşıyır.

Müşavirədən bir gün sonra dövlət başçısının sərəncamı ilə yaradılan “Azərbaycan İnvestisiya Holdinqi” indi büdcədə “oturan” şirkətlərin xərclərinin optimallaşdırılması, izafi xərclərin qarşısının alınması funksiyasını yerinə yetirəcək. Yəni asfalt çəkib, sonra qazıb altından qalan “lopatka”nı çıxarmaq dövrü geridə qalır... 

Nazirlər Kabineti, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Yumşaltdıqca yumşalır

Ötən həftə karantin rejimi bir qədər də yumşaldıldı. Əksər bağlı müəssisə və obyektlər artıq iş başına qayıdır. Əlbəttə, bu, sevindiricidir. Aylardır, çətinliklə üzləşən, gəlirindəm məhrum olan xeyli insan yenidən işinə qayıdır. Bəli, dövlət bu dövr ərzində sosial paketlərlə vəziyyəti yüngülləşdirdi, vətəndaşına dəstək oldu. Ancaq iqtisadiyyatın hazırkı resessiyası dövlətin rezervlərinə də təsir edir, belə vəziyyət uzunmüddətli ola bilməz. İndi bizim üzərimizə nə düşür? Cəmi 3 nəsnəyə  - sosial məsafə, maska və gigiyenik vasitələrdən istifadə etməklə xəstələnməmək və yoluxdurmamaqla arzuolunmaz vəziyyətə qayıtmamaq. Yenidən evdə qalmaq istəmiriksə, cəmi 3 şərtə dəqiqliklə əməl etməliyik – məsələn, maskanı çənəmizə yox, nəzərdə tutulmuş nahiyələri ötrməklə taxmalıyıq.

Saxta dərmanlar

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ölkəmizdə aptek şəbəkələrindən kənarda fəaliyyət göstərən bir qrup dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb. Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib ki, ən yaxşı halda heç bir müalicəvi təsiri olmayan və hətta insan orqanizminə zərərli ola biləcək preparatları uydurma "alimlərin" adlarından geniş reklam edirlər.

Sərhəddə saxlanılan dərman preparatları
© The State Customs Committee of AR.

Bu həftə dərman həftəsidir, deyəsən - Qırmızı Körpü gömrük postunda ölkəyə gizli şəkildə keçirilmək istənilən dərman preparatları aşkarlanıb.

İşbazlar bazardakı tələbatı yaxşı izləyirlər və onları yalnız alver maraqlandırır. Səhihliyi təsdiqlənmədiyi üçün firmanın adını qeyd etmədən, bir hadisəni təəssüflə xatırlamalı oluram: Bir neçə il öncə dərman firmalarından birinin rəhbəri Almaniyada məşhur dərman istehsalçısının zavoduna gedərək, xahiş edir ki, dərmanın ən vacib və ən bahalı komponentini onun içərisindən çıxararaq xüsusi olaraq onun üçün ucuz qiymətə istehsal etsinlər. Təbii ki, “nemes”lər işbazı qapının kandarından qovurlar.

Görün, koronavirus əleyhinə vaksin çıxsa, bizi hansı hoqqalar gözləyir.

Onlayn narkotik bazarı

Sosial izolyasiya və qapanma tədbirlərindən irəli gələrək ticarətin əksər istiqamətləri onlayn xidmətə keçmişdi. Görünür, narkotik alverçiləri də rəqəmsallaşmadan, elektronlaşmadan ruhlanaraq bizneslərini yeni platformaya daşımaq qərarına gəliblər. Ticarətini sosial şəbəkələrdə reklam edən daha bir narkotik alverçisinin biznesinə yenə də polis mane olub.

“Instagram” sosial şəbəkəsində profil açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs - Bərdə rayon sakini Sənan Ağayev saxlanılıb. Türmə həyatı isə onlayn yaşanmır, Sənanın bunu və səhvini başa düşməsi üçün barmaqlıqlar arasında vaxtı olacaq.

Beyrut partlayışı

Başıbəlalı Livan yenidən alovlanır. Beyrutda ötən həftə baş verən partlayış hadisəsi ölkədə yeni vətəndaş müharibəsinin başlanğıcına çevriləcək kimi görünür. 

1975-ci ildə başlayıb, 1990-cı ilədək davam edən vətəndaş müharibəsi bu ölkəni əldən salmışdı – bu dövr ərzində ölkədə 150-230 minədək insanın öldüyü, 350 mindən çox insanın yaralandığı bildirilirdi. Müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşduğu Livanda uzunmüddətli sabitlik bərpa oluna bilməyib.

Görünür, coğrafi yerləşmə xalqların taleyinə, xoşbəxtliklərinə həmişə təsir edəcək...

Nüvə təhlükəsizliyi

BMT-nin baş katibi Antoniu Quterreş 1945-ci ildə ABŞ-ın Xirosima şəhərinə atom bombasının atılmasının 75-ci ildönümü günü çağırış edib. "75 il nüvə silahına sahib olmağın təhlükəsizliyi gücləndirməkdənsə, zəiflədiyini başa düşmək üçün hətta çoxdur", - baş katib bildirib və soyuq müharibədən sonra yaradılan nüvə silahlarına nəzarət müqavilələrinin indi təhdid altında olduğunu etiraf edib.

Təəssüf ki, bütün dünyanın nüvə silahından imtina edəcəyinə dair ümidlərin gerçəkliyə çevriləcəyi real görünmür. Və əgər nüvə silahı təhlükəsizliyə təhdiddirsə, ABŞ, Rusiya, Çin, Fransa kimi aparıcı ölkələr ondan bu vaxta qədər hansı səbəbdən imtina etməyib?! Gücün haqlı olduğu müasir dünyada, belə çıxır ki, nüvə silahı təhlükəsizliyi zəiflətmir.

Dovşan qanı

Qazaxıstanda 37 yaşlı azərbaycanlı qanunsuz yolla külli miqdarda pul əldə etmək üçün “tamaşa” qurub. Tez-tez qonaq getdiyi Almatıda özünü Qazaxıstana meyvə və tərəvəz gətirən iş adamı kimi təqdim edərək, partnyor axtarmağa başlayıb. Bu zaman onun tələsinə Nur-Sultandan olan biznesmen düşüb. 37 yaşlı kişi əmisi oğlu, onun dostu və sevgilisi ilə cinayət əməlini həyata keçirib. O, özünü oğurlatdırıb, daha sonra “oğrular” qazaxıstanlı biznesmenə səsli mesaj və azərbaycanlının qanlı fotosunu göndərib, onun sağ qalması üçün qazaxıstanlıdan 100 min dollar pul istəyiblər.

Biznesmen isə polisə müraciət edib. Aparılan araşdırmalar zamanı cinayətkarların əməlləri ifşa olunub. Bildirilib ki, əslində fotoda azərbaycanlının üzərinə tökülən dovşan qanı olub.

Qazaxıstan saytlarında isə böyükmiqyaslı “təbliğatı”mız gedib. Beləcə, ölkənin imici, nüfuzu üçün xərclənən vaxt və resursları, yaxşıların yaxşı əməllərini belə “soydaşlar” bir dovşan qanı ilə yuyub aparırlar.

0
Əlaqədar
Mayk Pompeo, ərəblərin gecikmiş atomu, sosial lift və xoşbəxtlik
“Gallup”, Türkiyənin əzələsi və "oh, my god!"
"Food City", “beşinci təkər” və Rəhim Qazıyev
XİN-dəki "Pole Çudes", Aya Sofya və nazirlə milçəyin fərqi
"Bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır