Dövlət Gömrük Komitəsi

"Nokia" "Samsung"lar gömrükdən buraxılmadı

212
(Yenilənib 13:01 01.06.2017)
Avtomobildən 38 ədəd mobil telefon aşkar edilib

BAKI, 1 iyun — Sputnik. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-21 074 " markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Avtomobildən 38 ədəd mobil telefon aşkar edilib
© Photo : ARDGK
Avtomobildən 38 ədəd mobil telefon aşkar edilib

Yoxlama zamanı avtomobilin ön sağ və sol qanadlarının içərisində, gömrük nəzarətindən gizlədilən 28 ədəd "Nokia", 10 ədəd "Samsung" markalı mobil telefonlar, mobil telefonlar üçün nəzərdə tutulan 36 ədəd adapter, 19 ədəd qulaqcıq, 34 ədəd qutu və 30 ədəd batareya aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

212
Teqlər:
Gürcüstan Respublikası, "Sınıq Körpü" gömrük postu, Tovuz Gömrük İdarəsi, mobil telefon, Azərbaycan Respublikası
Əlaqədar
Gömrükdə 12 ədəd telefon müsadirə olundu
Gömrükdə "bayram" müsadirəsi
Gömrük Komitəsindən diqqətçəkən açıqlama
Gömrükçülər külli miqdarda qaçaqmal siqaret ələ keçirdilər
Yeni gömrük idxal rüsumları qüvvəyə minib
PPX avtomobili, arxiv şəkli

Bərdədə koronavirus xəstəsi qayda pozub, məsuliyyətə cəlb edildi

5
(Yenilənib 15:34 05.12.2020)
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilib

BAKI, 5 dekabr — Sputnik. Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan Bərdə Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, Bərdə rayon sakini, 1996-cı il təvəllüdlü Alışanov Amil Ədalət oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 03.12.2020-ci il tarixdə yaşadığı evi qanunsuz tərk etməklə karantin rejimini kobud surətdə pozub, yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

5
Teqlər:
qayda, xəstə, COVID-19, Koronavirus, epidemiya
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

Samuxda qadını evinə zorla qaytardılar

10
(Yenilənib 11:11 05.12.2020)
Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndəriblər.

BAKI, 5 dekabr — Sputnik. Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Nəbiağalı kənd sakini, Aynur Xəlilovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndəriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10
Teqlər:
karantin, polis, Samux, qayda pozuntusu, xəstə, Koronavirus
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Stasionar telefon, arxiv şəkli

Müdafiə Nazirliyində valideynlər üçün fasiləsiz qaynar telefon xətləri açıblar

0
(Yenilənib 16:14 05.12.2020)
Vətəndaşlar qeyd olunan nömrələrə zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər

BAKI, 5 dekabr - Sputnik. Hərbi qulluqçuların valideynlərini və yaxınlarını narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Bir daha bildiririk ki, vətəndaşlar (012) 912, (012) 538-61-31, (012) 404-76-34 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər", - məlumatda qeyd olunur.

0
Teqlər:
qaynar xətt, valideynlər, hərbçilər, telefon, Müdafiə Nazirliyi