Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda "Porsche" ilə PPX avtomobili toqquşub, polis əməkdaşı ölüb

CC0 / blickpixel / Car crushSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə şahidlərinin verdikləri məlumata görə, polis əməkdaşı zərbənin təsirindən yerə düşüb

BAKI, 30 may — Sputnik. Bu gün səhər Səbail rayonunun Bayıl qəsəbəsində, yanacaqdoldurma məntəqəsinin yanında iki avtomobil toqquşub. Hadisə nəticəsində Post Patrul Xidmətinin (PPX) əməkdaşı hadisə yerində ölüb. Bu barədə Sputnik Azərbaycan-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, SOCAR-ın yanacaqdoldurma məntəqəsinin qarşısında "Fiat Doblo" markalı PPX avtomobili "Porsche" markalı avtomobillə toqquşub. Nəticədə PPX-nın 24 yaşlı əməkdaşı çavuş Emin Zeynalov dünyasını dəyişib.

Onun subay olduğu bildirilir. Digər bir şəxs isə hadisə zamanı yaralanıb.

Hadisənin şahidlərinin Facebook-da verdikləri məlumata görə, polis əməkdaşı zərbənin təsirindən yerə düşüb. Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0