Moskvada qasırğa

Paytaxtda qasırğa nəticəsində yeddi nəfər həlak olub

137
(Yenilənib 20:14 29.05.2017)
Qasırğa nəticəsində ağaclar yaxınlıqdan keçən sakinlərin üzərinə aşıb

BAKI, 29 may — Sputnik. Bazar ertəsi Moskvada 6 nəfər qasırğa nəticəsində həyatını itirib.

RİA Novosti xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbəri Yuliya İvanova məlumat verib.

Məlumata əsasən, Moskvanın şimal-şərqində, cənub-qərbində və şərqində qasırğa nəticəsində ağaclar yaxınlıqdan keçən sakinlərin üzərinə aşıb.

Alınan xəsarətlərdən 7 nəfər ölüb. 70-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

137