Balta, arxiv şəkli

Qısqanclıq zəminində dəhşətli qətl

138
(Yenilənib 23:09 22.05.2017)
Qətlin səbəbi qısqanclıq zəminində münaqişədir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. Quba rayonunda kişi qadını dəhşətli şəkildə qətlə yetirib.

Rayonun Güləzi kəndində yaşayan Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya 5 dəfə balta ilə zərbə endirib. Qonşular səsi eşidərək hadisə yerinə gəlib qadını xilas etmək istəsələr də, bu, mümkün olmayıb. Ulduz Ələsgərova aldığı zərbələrdən keçinib. 

Ələsgərov könüllü olaraq Quba RPŞ-yə gələrək istintaqa təslim olub.

Qətlin səbəbi isə qısqanclıq zəminində münaqişədir.

Hal-hazırda Quba Rayon polis şöbəsində istintaq davam edir.

138