Yanğın

Bərdədə növbəti təhlükə həyacanı

4704
Ümumi sahəsi 1320 m2 olan yem üyütmə sexinin anbarının havalandırma borusunda yem qalıqları yanıb

BAKI, 21 may — Sputnik. Mayın 21-ə keçən gecə Bərdə rayonu, Mehdili kəndində ümumi sahəsi 1320 m2 olan yem üyütmə sexinin anbarının havalandırma borusunda yem qalıqları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, anbar yanğından mühafizə olunub. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xatırladaq ki, 2 gün əvvəl Bərdədə güclü partlayış baş vermişdi. Partlayış nəticəsində 2 nəfər yaralanıb. Hadisə rayonun Ədalət Ədilov küçəsində Nüşabə Naibovaya məxsus evin yaxınlığında baş verib. Partlayış küçədəki kanalizasiya quyusunda qeydə alınıb. Partlayışın şiddətindən kanalizasiya quyusunun üzərindəki beton örtük parçalanıb. Yaxınlıqdakı avtomobilə də ziyan dəyib.

4704
Teqlər:
havalandırma borusu, yem üyütmə sexi, Mehdili kəndi, Bərdə rayonu, yanğın
Əlaqədar
Paytaxtın mərkəzində yanğın
Sumqayıtda yanğın baş verib
Yaşayış evi yanaraq kül oldu
Xırdalanda yanğın olub
Yanğın kəndliləri qorxuya saldı
Şəhərin mərkəzində bina yanır
Cəbhə xəttində yanğın baş verib