Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bərdədə ağlasığmaz partlayış baş verdi

© Sputnik / Ramil IbrahimovKanalizasiya quyusunda baş vermiş partlayış
Kanalizasiya quyusunda baş vermiş partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Partlayışın şiddətindən kanalizasiya quyusunun üzərindəki beton örtük parçalanıb

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. Bərdədə partlayış baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, partlayış nəticəsində 2 nəfər yaralanıb. Hadisə 16:00 radələrində rayonun Ədalət Ədilov küçəsində Nüşabə Naibovaya məxsus evin yaxınlığında baş verib. Partlayış küçədəki kanalizasiya quyusunda qeydə alınıb. Partlayışın şiddətindən kanalizasiya quyusunun üzərindəki beton örtük parçalanıb. Yaxınlıqdakı avtomobilə də ziyan dəyib.

© Sputnik / Ramil IbrahimovPartayış nəticəsində zədələnmiş avtomobil
Partayış nəticəsində zədələnmiş avtomobil - Sputnik Azərbaycan
Partayış nəticəsində zədələnmiş avtomobil

Hadisə nəticəsində Nüşabə Naibova və avtomobilin sahibi Niyaməddin Qarayev xəsarət alıblar. Hər iki yaralı təcili tibbi yardım avtomobili ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərin vəziyyətinin orta ağır olduğu bildirilib.

İlkin ehtimala görə, partlayışa səbəb quyuya atılan kalsium karbid məhlulunun alışmasıdır. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0