Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xırdalanda yanğın olub

Abunə olmaq
Sexə bitişik anbar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

BAKI, 17 may — Sputnik. Bu gün səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində, vətəndaşa məxsus bir dam altında tikilmiş ümumi sahəsi 140 m² olan daş pilitələr hazırlanan sexin yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 80 m² sahədə yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Sexə bitişik anbar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 09:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0