Goranboy-Ağcakənd yolunun Qaraqucaq kəndi ərazisində ağır yol qəzası baş verib

Qəzada ölən şirkət işçisinin iki övladı qaldı

156
(Yenilənib 13:27 13.05.2017)
Baş verən qəzada ölənlərdən üç nəfər “Veysəloğlu” Şirkətər Qrupunun əməkdaşı olub

BAKI, 13 may — Sputnik. Yevlaxın Tanrıqulular kəndində 5 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat vermişdik. 

Sputnik Azərbaycan-ın  verdiyi məlumata görə, Yevlax rayon Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Səfərov Ziyad Surxay oğlunun idarə etdiyi 20 CF 226 dövlət nömrə nişanlı VAZ 2107 markalı minik maşını Tərtərin Cəmilli kənd sakini, 1992-ci il təvəllüdlü Zülqədarlı Zülqədar Üzeyir oğlunun idarə etdiyi 50 CE 046 nömrə nişanlı VAZ 21015 markalı avtomobillə toqquşub.

Qəza yüksək surət səbəbi ilə baş verib.  Faktla bağlı Yevlax Rayon polis Şöbəsində araşdırma aparılır. 

Baş verən qəzada ölənlərdən üç nəfər “Veysəloğlu” Şirkətlər Qrupunun əməkdaşı olub.  

“Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri İlham Məmmədzadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, qəza zamanı dünyasını dəyişənlərdən 3 nəfəri "Veysəloğlu" şirkətinin Mingəçevir regional ofisinin əməkdaşlarıdır: “Dünyasını dəyişən əməkdaşlarımız, satış təmsilçisi, 1993-cü il təvəllüdlü Zülqədərli Zülqədər Üzeyir oğlu subay idi, satış təmsilçisi (təcrübəçi), 1988-ci il təvəllüdlü Zeynalov Pərviz Fərəc oğlu, ailəli idi, 2 övladı qaldı, merçendayzer, 1992-ci il təvəllüdlü Allahverdiyev Zahir Həsən oğlu da subay idi. Şirkətlər Qrupumuzun rəhbərliyi və çoxsaylı kollektivi adından avtomobil qəzasında dünyasını dəyişənlərin yaxınlarının dərdinə şərik olur, dərin hüznlə baş sağlığı verir, xəsarət alan həmvətənlimizə isə Allahdan şəfa diləyirik”.

156
Qarlı hava, arxiv şəkli

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

21
(Yenilənib 09:56 20.01.2021)
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

21
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

11
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

11
Qar adamı, arxiv şəkli

Azərbaycanda hər kəsin arzusunda olduğu qar - möhtəşəm görüntülər

0
(Yenilənib 14:39 20.01.2021)
Hazırda həmin bölgədə qarın hündürlüyü 45 sm olub. Ötən gündən davam edən qar yağışı hələ də davam edir.

BAKI, 20 yanvar — Sputnik. Qax rayonunun öz əsrarəngiz təbiəti ilə seçilən tarixi Sarıbaş kəndinə qar yağıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, yağan qar onsuz da yolu olmayan dağ kəndinə gediş-gəlişi mümkünsüz edib.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 20-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü ən çox Qax rayonunun Sarıbaş kəndində qeydə alınıb. Hazırda həmin bölgədə qarın hündürlüyü 45 sm-i ötüb. Ötən gündən başlayan qar yağışı hələ də davam edir.

0
Teqlər:
Sarıbaş, Sarıbaş kəndi, qar, Qaxda qar