Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyəli tələbələr Bakıda dava saldılar

Abunə olmaq
Bakı Dövlət Universitetinin türk tələbələri arasında kütləvi dava olub

BAKI, 11 may — Sputnik. Bakıda Türkiyə vətəndaşları bir-birilərini döyüblər. Xuliqanlıq faktı Yasamal rayonunun 26-cı polis bölməsinin ərazisində qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Пересчитывание денег - Sputnik Azərbaycan
HADİSƏ
"Yas pulu" üstündə dava düşdü

İnsident mayın 10-da, saat 21:50-də Bəşir Səfəroğlu küçəsindəki 137 nömrəli binanın yanında baş verib. Türkiyə vətəndaşı olan, Bakı Dövlət Universitetinin tələbələri İnce Ozan Ahmet oğlu ilə Gül Ahmet Mustafa oğlu, elə həmin ali məktəbdə təhsil alan həmyerliləri Beyaztoprak Mustafa Furkan-Mahmut oğlu, Göktaş Hasan Halit oğlu və Göktaş Yahya Halit oğlu ilə dalaşıblar.

İlkin məlumata görə, Ozan İnce ilə Ahmet Gül sonuncu 3 nəfəri döyüb. Davanın səbəbi isə o qədər mənasızdır ki, onu yazmaq belə, qeyri-ciddi səslənir. Dava ona görə olub ki, tələbələrdən biri çiyni ilə digərinə toxunub.

Dava nəticəsində ağır xəsarət alan olmayıb. Gənclərin bəzi yerlərində sıyrılma və göyərmə müşahidə edilib. Faktla bağlı araşdırma aparılır. Xuliqanlığa görə heç kəs saxlanılmayıb.

Xəbər lenti
0