İranda faciə nəticəsində ölənlərin sayı 42-yə çatıb

22
(Yenilənib 15:49 09.05.2017)
Həlak olanların cəsədləri məhkəmə-tibbi ekspertizasına göndərilib

BAKI, 9 may — Sputnik. Bir neçə gün əvvəl İranın Gülüstan vilayətində mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb.

Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə vilayətin valisinin müavini məlumat yayıb.

Vali müavini bildirib ki, həlak olanların cəsədləri məhkəmə-tibbi ekspertizasına göndərilib.

22
At, arxiv şəkli

Gədəbəydə naməlum şəxslər atı ağacdan asıblar

10
(Yenilənib 22:48 26.02.2021)
Tovuz rayonu Keşməli kənd sakini Həsənov Elton ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində ağacdan asıldığı ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.

BAKI, 26 fevral — Sputnik. Gədəbəy rayonunda Tovuz sakininə məxsus atın hələ ki, kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən ağacdan asılmasına görə polis araşdırmalara başlayıb.

Bu barədə "Report"a DİN-ın Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

“Vətəndaş Elton Həsənovun müraciəti ilə əlaqədar Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək” - deyə, DİN rəsmisi bildirib.

Qeyd edək ki, Tovuz rayonu Keşməli kənd sakini Həsənov Elton İlham oğlu ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən ağacdan asıldığı ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.

10
Məhkəmə hakiminin çəkici, arxiv şəkli

"İçəridəkiləri" çıxarmağa söz verən kişini tutdular

15
(Yenilənib 20:25 25.02.2021)
Bu "vəzifəli" kişi müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul alıb, əvəzində həbsdə olanların cəzalarının azalacağını və pensiya düzəltməyi söz verib

BAKI, 25 fevral — Sputnik. Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların hüquqlarını pozan şəxsin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Baş Prokrorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev Zaur Xudabaxış oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Zaur Babayevin özünü dövlət orqanının vəzifəli şəxsi kimi təqdim edərək ayrı-ayrı vaxtlarda cəzaçəkmə müəssisəsində saxlanılan təqsirləndirilən şəxsin cəzasının azaldılmasına, mənzilin özəlləşdirilməsinə və pensiya təyin edilməsinə köməklik göstərilməsinə dair yalan vədlər verərək guya səlahiyyətli vəzifəli şəxslərə verilməsi adı altında müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul vəsaitini alaraq dələduzluq etməsinə və vətəndaşları vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

25 fevral 2021-ci il tarixdə Zaur Babayevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

15
Kitabxanada qız, arxiv şəkli

"Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib

0
(Yenilənib 23:09 26.02.2021)
Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi ilə bağlı maraqlı bir təşəbbüs göstərərək ədibin uşaqlar üçün qələmə aldığı "Tıq-tıq xanım" nağılını ingilis dilinə tərcümə edib

BAKI, 27 fevral — Sputnik. Abdulla Şaiqin 140 illik yubleyi ilə bağlı "Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi ilə bağlı maraqlı bir təşəbbüs göstərərək ədibin uşaqlar üçün qələmə aldığı "Tıq-tıq xanım" nağılını ingilis dilinə tərcümə edib.

Nağılın ingilis dilində tərcüməsi kitab formatına salınıb. Kitabdakı illüstrasiyaların müəllifi Aleks Bjelicadır.

0