Наручники, фото из архива

Son günlərin ən qalmaqallı hadisəsi üzrə həbslər başladı

3737
(Yenilənib 17:46 06.05.2017)
Bakıda “Porsche” ilə gənc ananı vuran 16 yaşlı şəxs saxlanılıb, atası barədə inzibati tədbir görülüb

BAKI, 6 may — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsi mayın 3-də Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Sputnik Azərbaycan-nın xəbərinə görə, məlumatda deyilir ki, saat 16.00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum sürücü idarə etdiyi avtomobillə yolu keçən Xəyalə Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Dərhal xəstəxanaya yerləşdirilmiş piyada həkimlərin bütün səylərinə baxmayaraq, orada ölüb. 

Sabunçu Rayon Polis İdarəsinin və DİN-in "Təhlükəsiz şəhər" Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni "Porsche" markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə törətmiş 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli müəyyən edilərək saxlanılıb. "Təhlükəsiz şəhər" Xidmətinin  həmin ərazidəki kameralarının qeydə aldığı videogörüntülər də hadisənin baş verdiyi zaman sükan arxasında məhz A. Fərəclinin olduğunu təsdiq edir.

Elə həmin gün faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və  264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Sahibi olduğu nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bildiyi halda avtomobilini 16 yaşlı oğlu Ağəliyə verdiyinə görə Bakı şəhər sakini Füzuli Fərəcov barəsində İnzibati Xətalar Məcəlləsinin 335-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsi) maddəsinə əsasən, inzibati tədbir görülməsi haqqında qərar qəbul edilib.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

3737

Qaxda məzun ağır yol qəzası törətdi: ölən yaralananlar var

473
(Yenilənib 23:29 15.06.2021)
"Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən və içi sərnişinlə dolu olan "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

BAKI, 15 iyun - Sputnik. Qax rayonunda mikroavtobusla minik avtomobili toqquşub, bir nəfər ölüb, on nəfərə yaxın sərnişin isə xəsarət alıb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-Qorağan-Zaqatala avtomobil yolunun, rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax istiqamətində hərəkət edən Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cəfər Şamil oğlunun idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Qəza zamanı minik avtomobilinin 17 yaşlı sürücüsü, orta məktəbdən yenicə məzun olmuş Cəfər Cəfərov ağır xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. "Daewoo"dakı digər 3 sərnişinin də məzun olduğu bildirilir.

Mikroavtobusda və minik avtomobilində olan 10-a yaxın sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Bakıda baş verən yol qəzasında isə yeniyetmə xəsarət alıb

Bu gün Bakının Xətai rayonu ərazisində də xəsarətlə nəticələnən yol qəzası olub.

Belə ki, 8 Noyabr prospektində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, beton maneəyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin - 16 yaşlı Məhəmməd Qəribov xəsarət alıb. Yaralının sürücünün oğlu olduğu bildirilir.

Məlumata görə, hadisəyə yüksək sürət səbəb olub. Hadisə yerinə təcili tibbi yardım maşını gəlib.

473
 Təcili yardım avtomobili, arxiv şəkli

İki azyaşlını elektrik cərəyanı vurdu - Ölən var

40
(Yenilənib 16:55 14.06.2021)
On iki yaşlı Polad Fərhad oğlu Poladov və on üç yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar.

BAKI, 14 iyun — Sputnik. İyunun 13-də Quba rayonunda 2 azyaşlını elektrik cərəyanı vurması nəticəsində birinin ölməsi, digərinin isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. 

Quba rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölüb, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, qəsəbə sakinləri, 12 yaşlı Polad Fərhad oğlu Poladov və 13 yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar. Polad Fərhadov dünyasını dəyişib, digərinin isə vəziyyətinin stabil olduğu deyilir.

Qeyd edək ki, daha öncəki illərdə də bənzər hadisələr baş verib. 2019-cu ildə Tərtər rayonunda 2 yaşlı uşağı elektrik cərəyanı vurmuşdu. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.

40
Защитник сборной Германии Матс Хуммельс забил гол в свои ворота в матче со сборной Франции на ЕВРО-2020.

AVRO-2020: Fransa yığması alman rəqiblər üzərində qələbə qazandı

0
(Yenilənib 01:38 16.06.2021)
Son Avropa çempionatının finalçısı olan fransızlar AVRO-2020-yə çempionatın ən güclü komandalarından biri üzərində qələbə ilə başladı.

AVRO-2020-nin qrup mərhələsində I tura yekun vurulub. Turun son matçı F qrupunda keçirilib.

Almaniyanın Münhen şəhərində baş tutan qarşılaşmada son iki dünya çempionu üz-üzə gəlib. DÇ-2014-ün qalibi Almaniya üç il öncə bu titula yiyələnən Fransa ilə qarşılaşıb.

"Ölüm qrupu"nda yer alan komandaların duelinə Bundestim daha fəal başlayıb. Üstünlüyə yiyələnən Yoahim Lövün yetirmələri topa daha çox nəzarət edib. Lakin sürətli hücumlar quran fransalılar hesabı açıb.

Mats Hummels avtoqol müəllifi olub. Buraxılan qoldan sonra da almaniyalılar daha çox hücum təşkil edib.

Fasilədən sonra da oyunun axarı dəyişməyib. Almaniya millisi Didye Deşamın yetirmələrinin müdafiə səddini yara bilməyib. Son dünya çempionları bir epizodda əks-hücum zamanı fərqlənsə də, VAR-ın qərarı ilə hesaba alınmayıb.

Qeyd edək ki, qrupun digər oyununda son Avropa çempionu Portuqaliya Macarıstana 3:0 hesabı ilə qalib gəlib.

0