Məhkəmə çəkici, arxiv şəkli

Məhkəmədən "humanist" addım: 8 uşağın qatili azadlığa çıxdı

76
(Yenilənib 23:19 05.05.2017)
Həkim-ekspert: "O quş səsi eşidib. Quşlar ona deyiblər ki, onları xilas etmək üçün o, uşaqları öldürməlidir".

BAKI, 5 may — Sputnik. Avstraliyanın Kvinslend ştatının məhkəməsi 8 uşağı öldürən 40 yaşlı avstraliyalı qadın Rayn Taydeyi azadlığa buraxıb.

Sputnik Azərbaycan bu barədə BBC-nin Rusiya xidmətinə istinadla xəbər verir.

Psixiatrik ekspertizanın rəyinə görə, qadın şizofreniyanın ağır formasından əziyyət çəkir. Həkimlər müəyyən ediblər ki, Taydeyin psixi durumu kütləvi qətldən bir neçə ay əvvəl pisləşib.

"O quş səsi eşidib. Quşlar ona deyiblər ki, onları xilas etmək üçün o, uşaqları öldürməlidir" – deyə məhkəmə psixiatrı doktor Ceyn Fillips bildirib.

Onun həmkarı doktor Frams Vargez isə bildirib ki, qatilə "apokaliptik sayıqlama vəziyyəti" diaqnozu qoyulub. "Bu, unikal və dəhşətli vəziyyətdir. Mən əvvəllər belə vəziyyətlə heç vaxt rastlaşmamışam" – deyə həkim bildirib.

Qadın Brisbendəki ixtisaslaşmış ruhi xəstəxanaya yerləşdirilib.

2014-cü ilin dekabrında Taydey özünün dörd oğlunu, üç qızını və bacısı qızını doğramışdı. Ölənlər 2-14 yaşlı uşaqlı idi. Qətlin törədildiyi ev dağıdılaraq yerində park salınıb.

76