Qəza

Paytaxt yaxınlığında ağır qəza

76
Dərəyə yuvarlanan avtomobildə 3 nəfər olub

BAKI, 5 may — Sputnik. Dünən axşam saatlarında Qobustan — Şamaxı yolunda, "VAZ 21-07" markalı minik avtomobili aşıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Qobustanın Sündü kəndi ərazisində baş verən qəzaya yüksək sürət səbəb olub.

Dərəyə yuvarlanan avtomobildə 3 nəfər olub. Onların bir ailə üzvü olduqları bildirilir. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin yardım göstərlib. Xoşbəxtlikdən ağır yaralı yoxdur.

76
Teqlər:
Şamaxı, Qobustan, xəstəxana, qəza
Əlaqədar
Yenə məktəbli avtobusu, yenə qəza
Qadın sürücüdən inanılmaz qəza: 11 maşın sıradan çıxdı
Göyçayda ağır qəza, keçmiş rəis dünyasını dəyişdi
Qəza, yoxsa şahidin aradan götürülməsi?
Qubada ağır qəza: içində 8 nəfər olan avtobus dərəyə aşdı