Həbs

On nəfər ömürlük azadlıqdan məhrum edildi

36
İctimai işlər üzrə 146, islah işləri üzrə 1836 nəfər cəzalandırılıb

BAKI, 4 may — Sputnik. 2016-cı il yekuna görə, 13758 nəfər azadlıqdan məhrum edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Məlumata görə, bunlardan 7908 nəfər müəyyən müddətə azadlıqdan məhrum edilib. O cümlədən, 2 ilə qədər 3463, 2 ildən 5 ilə qədər 2517, 5 ildən 10 ilə qədər 1474, 10 ildən 20 ilə qədər 454, ömürlük azadlıqdan məhrum edilənlər isə 10 nəfər olub.

İctimai işlər üzrə cəzalandırılanlar 146, islah işləri üzrə cəzalandırılanlar 1836, intizam xarakterli hərbi hissədə saxlanılanlar 109, cərimə tətbiq edilənlər 2606, şərti məhkum olunanlar 1 141, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum olunanlar 2 nəfər olub.

36
Teqlər:
islah, azadlıqdan məhrum etmə, ictimai işlər, cəza
Əlaqədar
Bakıda həbsxanada dustaq özünü asıb
Milyonların sevimlisi həbs edildi
Reallıqla əlaqəni kəsənlər: həzzdən həbsxanaya aparan yol
Aleksandr Lapşinin həbs müddəti uzadıldı
Məhkəmə sabiq prezident barəsində həbs qərarı çıxarıb
Meşə yanğını, arxiv şəkli

Qızılağac milli parkın ərazisində yanğın başlayıb

5
(Yenilənib 18:06 06.07.2020)
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.

BAKI, 6 iyul — Sputnik. 6 iyul 2020-ci il tarixində Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən yanğın sonradan külək nəticəsində Qızılağac Milli Parkının ərazisinə keçib.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.

5
XİN-in binası, arxiv şəkli

XİN-də həbs edilənlərdən biri məşhur müğənnimizin atası imiş - FOTO

108
(Yenilənib 16:48 06.07.2020)
Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir

BAKI, 6 iyul – Sputnik. Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyatın nəticəsində nazirliyin 3 vəzifəli şəxsi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla xəbər verir ki, onlardan biri - Səlim Əlizadə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır.

“Eurovision” mahnı müsabiqəsinin iştirakçısı Safura Əlizadə (ortada) və atası Səlim Əlizadə (sağda)

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir. 

Xatırladaq ki, Safura Əlizadənin mərhum Sənaye və Energetika naziri Natiq Əliyevin gəlinidir.

108
Teqlər:
ittiham, müğənni, əməliyyat, XİN, DTX
Əlaqədar
DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir
DTX Xarici İşlər Nazirliyinə kim üçün getmişdi? - VİDEO
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0