Açıq pəncərə

Sərxoş qadınlar tərəfindən amansız qətl

371
(Yenilənib 17:20 01.05.2017)
Qatillər o qədər sərxoş olublar ki, qadını niyə öldürdüklərini də xatırlamırlar

BAKI, 1 may — Sputnik. Səbail Rayon Polis İdarəsinin əməkdaşları amansız qətlin törədilməsində şübhəli bilinən 3 nəfəri saxlayıb ki, onlardan da biri Rusiya vətəndaşıdır. Şənbə günündən bazar gününə keçən gecə Bakının mərkəzində, 1971-ci il təvəllüdlü Sandrandinova Yelena Viktorovna öldürülüb. Bu barədə Sputnik Azərbaycan-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Sandrandinovanın çoxsaylı xəsarətlər, eləcə də kəllə-beyin travması almış cəsədi Qız qalası yaxınlığında, Neftçilər prospektindəki 91 nömrəli evin yaxınlığında tapılıb. Şübhəli şəxs qismində Rusiya Federasiyanın vətəndaşı Zenyukov Samir Nərimanoviç, əvvəllər həbs olunmuş Razumnı Dmitri Aleksandroviç və tüfeyli həyat tərzi keçirən Alla İbrahimova saxlanılıb.

Şübhəli şəxsləri saxlamaq üçün hüquq mühafizəçiləri çox da zəhmət çəkməyiblər. Qətlə yetirilən şəxsin cəsədini ilk olaraq evin sakinləri tapıblar. Və onlar asayiş keşikçilərinə bildiriblər ki, qətli qonşuluqda yaşayan Zenyukov və onun evində gecə-gündüz içki məclisi təşkil edən dostları törədə bilərlər.

Əməliyyatçılar Zenyukov, Razumnı və İbrahimovanı yatdıqları yerdə tutublar. Mənzildə polislər dəhşətli üfunət, qana boyanmış döşəmə və divarlar, hər tərəfdə zibil və uzaqdan qoxuyan ucuz alkoqollu içki qabları ilə qarşılaşıblar.

Şübhəlilər mənzildə uniformalı şəxslərin niyə peyda olduqlarını başa düşüblər. Lakin baş verənlərə aydınlıq gətirmələri üçün onların ayılmasını gözləməli olublar.

Məlum olub ki, onlar sərxoş ikən Sandrandinovanı ölənə qədər döyüblər, onun qabırğasını qırıblar və küt alətlə dəfələrlə başına vurublar. Sonra qatillər meyitdən canlarını qurtarmaq üçün onu ikinci mərtəbədən tullayıblar. Bunun ardından qətlin iştirakçıları "vurmağı" davam etdiriblər və yatıblar.

Qeyd edək ki, Zenyukovun bədənində də bir neçə xəsarət izləri aşkarlanıb. Görünür, Sandrandinova hücum zamanı müqavimət göstərib. Qadının öldürülməsinin səbəbini isə saxlanılan şəxslər xatırlamırlar. Hazırda Səbail Rayon Prokurorluğunda qətllə bağlı istintaq gedir.

371
Teqlər:
şübhəli, qatil, Səbail Rayon Polis İdarəsi, qətl, qadın
Əlaqədar
Ermənistanda rusiyalı hərbçi qətlə yetirilib
Generalın üstü açılmamış qətli
4 ay əvvəl qətl törədənlər yaxalandılar
Bakıda biznes mərkəzdə qətl
Dünyanı şoka salan diplomat qətlləri
Avtobus

Üç yüz manat xeyir götürəcəkdi, 15 günlük həbsə düşdü - FOTO

2
(Yenilənib 16:10 08.08.2020)
İcazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına söz verən kişinin heç sürücülük hüququ olmadığı ortaya çıxıb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərabaycan-a verilən məlumata görə, qanunsuz fəaliyyətlə məşğul olan Mingəçevir şəhər sakini Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı avtobusla sərnişinləri Bakıya aparmaq istəyən zaman şəhər ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlanış zamanı V.Osmanovun sürücülük hüququ olmadan sükan arxasına əyləşdiyi də məlum olub. O, icazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına dair söz verdiyini bildirib.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxs

Sürücü Vasif Osmanov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və  o, məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati həbs edilib. Sərnişinlər barəsində isə protokol tərtib edilərək, cərimə olunublar.

2
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Balakəndə istirahət edənləri polis sıraya düzdü
Əvvəl açıq havadakı restoranlar, sonra rayonlara gediş-gəliş açılacaq
Hökumət karantin rejiminin daha da yumşaldılması barədə qərar qəbul edib
Hamam kömək etmədi: uşaq bağçasına görə valideynlər də cəzalandılar
DYP Bakını tərk etmək istəyən sürücülərə xəbərdarlıq edib
Xırdalanda yanğın, arxıv şəkli

Xırdalan yenə qara tüstüyə büründü - VİDEO - FOTO

117
(Yenilənib 15:40 08.08.2020)
İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb

BAKI, 8 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat daxil olub.

© Sputnik /
Xırdalanda yanğın

Sputnik Azərbaycan-ın məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.

117