Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Hyundai" ilə "Kamaz"ın toqquşması güclü yanğına səbəb oldu

Abunə olmaq
Yanğın nəticəsində "Hyundai" markalı minik avtomobilinin qabaq buferi və salonu yanıb

BAKI, 1 may — Sputnik. Ötən gecə Ucar rayonu, Müsüslü kəndində vətəndaşlara məxsus "Hyundai" markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toqquşma nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində "Hyundai" markalı minik avtomobilinin qabaq buferi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0