Bağlı qapı

Çarəsiz paytaxt sakini xilas edildi

28
(Yenilənib 16:12 26.04.2017)
Xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşı aidiyyəti üzrə təhvil veriblər

BAKI, 26 aprel — Sputnik. Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:51-də başa çatıb.

28
Teqlər:
bağlı qapı, köməksiz vəziyyət, FHN, böhran, Fövqəladə Hallar Nazirliyi
Əlaqədar
Sərnişini xilas edən sürücü: "Gördüm ki, nəfəs alması çətinləşir..."
İki nəfərin həyatı xilas edildi
Döyüş yoldaşlarını düşmən hücumundan xilas edib şəhid oldu
Yasamal sakini xilas edildi
Liftdə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi