BAKI, 24 aprel — Sputnik. Bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı ev sahibi 1945-ci il təvəllüdlü Aslanov Əkbər Adil oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.
Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.
BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
BAKI, 20 yanvar — Sputnik. Qax rayonunun öz əsrarəngiz təbiəti ilə seçilən tarixi Sarıbaş kəndinə qar yağıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, yağan qar onsuz da yolu olmayan dağ kəndinə gediş-gəlişi mümkünsüz edib.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 20-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü ən çox Qax rayonunun Sarıbaş kəndində qeydə alınıb. Hazırda həmin bölgədə qarın hündürlüyü 45 sm-i ötüb. Ötən gündən başlayan qar yağışı hələ də davam edir.