PKK terrorçuları, arxiv şəkli

Terrorçuların hücumunda iki əsgər şəhid oldu

18
(Yenilənib 23:15 21.04.2017)
Yaralı əsgərlər helikopterlə Şırnak Dövlət Xəstəxanasına çatdırılıb

BAKI, 21 aprel — Sputnik. Türkiyənin Şırnak vilayətinin Uludərə mahalında PKK terrorçuları ilə çıxan atışmada iki əsgər şəhid olub, ikisi isə yaralanıb.

Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, atışma PKK-çıların qəfil hücumu nəticəsində başlayıb. Yaralı əsgərlər helikopterlə Şırnak Dövlət Xəstəxanasına çatdırılıb.

Türk ordusu bölgədə geniş miqyaslı əməliyyata başlayıb.

18