Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Göyçayda ağır qəza, keçmiş rəis dünyasını dəyişdi

© Sputnik / Ilham MustafayevQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Xəyal Məmmədov bir neçə il idi ki, Göyçay rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində çalışırdı və bir ay öncə işdən çıxarılmışdı

BAKI, 19 apr — Sputnik. Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə ötən gecə saat 1:00 radələrində Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb. Rayonun Çayarxı kənd sakini, 1979-cu il təvəllüdlü Məmmədov Xəyal Xanlar oğlu özünə məxsus “Toyota Camry” markalı minik avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı Xəyal Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Xəyal Məmmədov bir neçə il idi ki, Göyçay rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində çalışırdı və bir ay öncə işdən çıxarılmışdı.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.     

Xəbər lenti
0