Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda təbii fəlakət baş verib

© Photo : "Azəravtoyol" ASC-nin mətbuat xidmətiBakı Dairəvi-1 avtomobil yolunda əmələ gəlmiş çatlar
Bakı Dairəvi-1 avtomobil yolunda əmələ gəlmiş çatlar - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəyə səbəb bölgəyə yağan intensiv və güclü yağışlar olub. Dərhal Milli Parkın əməkdaşları hadisə yerinə cəlb olunub və araşdırma aparılıb.

BAKI, 18 apr — Sputnik. 17 aprel 2017-ci il tarixində, səhər saat 4 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Vəndam meşəbəyliyinin 2 saylı dolayında, Qəbələ-Laza avtomobil yolunun 4,4-cü kilometrliyində yolun sol hissəsində uçqun baş verib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Hadisəyə səbəb bölgəyə yağan intensiv və güclü yağışlar olub. Dərhal Milli Parkın əməkdaşları hadisə yerinə cəlb olunub və araşdırma aparılıb. İlkin məlumatlara görə, uçqunun əhatə etdiyi ərazi yoldan 50-60 metr hündürlükdə olmaqla, təxminən 4 sota yaxın meşə ilə örtülü olmayan ərazini əhatə edir.

Hadisə ilə bağlı aidiyyəti üzrə məlumat verilib. Hazırda müvafiq qurumlar tərəfindən yolun bağlanmış hissəsinin açılması məqsədilə təmizləmə işləri aparılır. Əraziyə nəzarət olunması üçün Şahdağ Milli Parkının işçiləri tərəfindən növbətçilik təşkil olunub.

Xəbər lenti
0