Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda bir sutkada üç intihar baş verib

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
36-49 yaşlı kişilər özlərinə qəsd edərkən, intiharın ənənəvi üsullarını seçiblər

BAKI, 18 apr – Sputnik. Bahar fəsli öz xarakterini göstərməyə başlayıb. Bakıda bir sutka ərzində üç intihar hadisəsi baş verib. 

Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.  

Sabunçu rayonunun Maştağa qəsəbəsinin sakini, 1968-ci il təvəllüdlü Babayev Kamal Aslan oğlu özünü öldürüb. Kişi özünü Şəfi küçəsində, qardaşının evinin yaxınlığındakı ərzaq dükanının pəncərəsinin dəmir barmaqlığından asıb. Babayevin cəsədi saat 18:20-də aşkar edilib. İlkin məlumata görə, Babayevin ürəyi xəstə olub və o, həddindən artıq alkoqollu içki içirmiş. 

İntihar - Sputnik Azərbaycan
HADİSƏ
Axundun bacısı niyə intihar etdi?

Maştağa qəsəbəsində digər bir intihar isə saat 23:20-də baş verib. Nəriman Nərimanov küçəsindəki 29 nömrəli evin zirzəmisindən 1989-cu il təvəllüdlü ev sahibi Derenov Vyaçeslav Vladimiroviçin cəsədi tapılıb. Kişi özünü kəndirin köməyi ilə asıb. Rayon prokurorluğu intiharın səbəblərini araşdırır. 

Üçüncü intihar hadisəsi Xətai rayonunun Zığ qəsəbəsində qeydə alınıb. Üç uşaq atası, 1977-ci il təvəllüdlü Hacıyev Emil Qismət oğlu özünü doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsindən atıb. İlkin məlumatlara görə, o, psixi çatışmazlıqdan əziyyət çəkirmiş və ehtimal var ki, intihara səbəb də elə bu olub. 

Qeyd edək ki, bu aprel ayı ərzində paytaxtda 20-dən çox intihar qeydə alınıb. 

Xəbər lenti
0