Dollar

Ölkədən külli miqdarda valyuta çıxarmağa çalışıblar

199
(Yenilənib 20:10 18.04.2017)
Külli miqdarda valyutanın qanunsuz yolla aparılmasına cəhdin qarşısı alınıb

BAKI, 18 apr — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının əşyaları və əynindəki gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb. Vətəndaş saxlanılıb və təkrar yoxlamaya dəvət olunub.

Təkrar yoxlama zamanı, vətəndaşın gödəkçəsinin və çexolun içində olan plaşının ciblərindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 180 ədəd — hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 18.000 ABŞ dolları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

199
Teqlər:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Dövlət Gömrük Komitəsi, Rusiya Federasiyası, dollar
Əlaqədar
Gömrükdə 12 ədəd telefon müsadirə olundu
Gömrükdə "bayram" müsadirəsi
Gömrük Komitəsindən diqqətçəkən açıqlama
Gömrük Komitəsinin rəsmisi: Gömrükdə yeniliklər olacaq
Dövlət Təhlükəsizliyi Xidmətindən gözlənilməz əməliyyat: 4 gömrükçü saxlanıldı
Gömrükçülər külli miqdarda qaçaqmal siqaret ələ keçirdilər
Yeni gömrük idxal rüsumları qüvvəyə minib